Cümə, Dekabr 13, 2024
spot_img

Bolnisi’de covid-19 virusna iki yeni yoluxma hadisəsi qeydə alındı

Bolnisi’de covid-19 virusna iki yeni yoluxma hadisəsi qeydə alındı

Bü gün Bolnisi bələdiyyəsində təsdiqlənmiş iki yeni covid-19 hadisəsi Muşaveni kəndinə aiddir. Ümumilikdə bu günə qədər cəmi 120 nəfər covid-19-a yoluxmuş, onlardan 15-i sağalmış, üçü isə həyatını dəyişib. Kəndlərdə termoskrininq və bioloji nümunələrin alınması prosesi fasiləsiz olaraq davam edir.

Virusun qarşısını almaq və əhalini məlumatlandırmaq üçün məlumatlandırma kampaniyası aparılır, imkansız ailələrə qida yardımı proqramı fəal şəkildə həyata keçirilir, bu mərhələdə 13 min vətəndaş ərzaq ilə təmin edildi. Fövqəladə qərargah 24 saat iş rejimində işlərini davam etdirir.

Bu mərhələdə bələdiyyə daxilində 215 karantində, 96 nəfər isə özünü təcrid vəziyyətində saxlanılır.

Yaxın günlərdə kvemo Bolnisi kəndində sərt məhdudiyyətlər qaldırıla bilər. Majoritar deputatın sözlərinə görə, Kvemo Bolnisi kəndində Covid-19 virusuna bir aydan çoxdur ki, yeni yoluxma hadisəsi baş verməyib. Təkrar araşdırmalara başlanacaq, bundan sonra kəndin yenidən açılıb-açılmayacağı barədə qərar veriləcək. Xatırladaq ki, bələdiyyədə yüksək epidemioloji riskə görə 8 yaşayış məntəqəsi bağlanıb.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər