Təhsil, elm və gənclər naziri Givi Mikanadzenin qərarı ilə Milli Müəllim Mükafatı çərçivəsində bütün ölkə üzrə müəllimlərin mükafatlandırılması davam edir. Tədbir çərçivəsində müəllimlərə uzun illər əməyinə və təhsil sahəsində xidmətlərinə görə təşəkkürnamə və rəmzi hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində məktəb ictimaiyyətinin nümayəndələri ilə yanaşı, mərkəzi və yerli hakimiyyət orqanlarının nümayəndələri də iştirak edərək təhsilin inkişafında müəllimlərin mühüm rolundan danışıblar. Bütün bölgələrdə fərqlənən müəllimlərin mükafatlandırılması mərasimi oktyabrın 27-də Tbilisi Opera və Balet Teatrında keçiriləcək yekun tədbirlə başa çatacaq.




