İnfrastruktur layihəsi çərçivəsində Bolnisi şəhərində uzununa 750 metr yol yerli bazaltla döşənəcək. Arsen İkaltoeli, Dima Lazareişvili və Sion küçələrində yol tikintisi işləri aparılır. Sözügedən layihə “Regionlarda həyata keçiriləcək layihələr fondu”nun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Layihə çərçivəsində İkaltoeli küçəsində səki döşənməklə yanaşı, drenaj şəbəkəsi də təşkil olunacaq, led xarici işıqlar quraşdırılacaq və zədələnmiş hasarlar təmir olunacaq. Dima Lazareişvili küçəsində də LED xarici işıqlar quraşdırılacaq. İnfrastruktur işləri çərçivəsində Sion küçəsində 216 uzun metr asfalt örtüyü döşənəcək, xarici işıqlandırma quraşdırılacaq, zədələnmiş fasadlar təmir ediləcək. Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, məkanın təşkili və infrastruktur xidmətinin rəhbəri Konstantin Kordzadze ilə birlikdə şəhərdə aparılan işlərlə tanış olublar.
Bolnisidə yol infrastrukturu işləri aparılır
Şərh0
görünüşü42
əlaqəli məqalələr