Bolnisi bələdiyyəsində Gürcüstan administrasiyasının təşkilatçılığı ilə dördüncü ildir ki, “Yeni il günləri keçirilir”. Səhər saatlarından meriyaya yaxın ərazidə Yeni ilə hazırlıq işlərinə başlanılıb. Müxtəlif əyləncə məkanları təşkil olunub, Yeni il instalyasiyaları və işıqlandırmalar quraşdırılıb. Nağıl qəhrəmanları və Şaxta baba uşaqların Yeni il əhval-ruhiyyəsinin qayğısına qaldılar. “Yeni il bayramı” çərçivəsində Milad bazarı təşkil olunub, burada yerli sahibkarların əl işləri sərgilənib, maraqlananlar gürcü qəlyanaltıları və şərablarından dadmaq imkanı əldə ediblər. Yeni il tədbiri saat 17:00-da “Mikstura” qrupunun və “Teatral kvartet”in iştirakı ilə davam edib və bayram atəşfəşanlığı ilə başa çatıb.
Buba Qobejişvili, Bolnisi Bələdiyyəsinin meri vəzifəsini icra edən:
– Gün ərzində şəhərimizdə Yeni il qabağı xüsusi əhval-ruhiyyə hiss olunurdu. Gürcüstan hökumətinin qərarına əsasən, Bolnisidə Yeni il ərzində müxtəlif tədbirlər keçirilib. Mən bu fövqəladə fürsətə görə Gürcüstan hökumətinə, bayramqabağı əhval-ruhiyyəmizin qayğısına qalan ifaçılara təşəkkür etmək istəyirəm. Fürsətdən istifadə edərək, qarşıdan gələn Yeni ilinizi təbrik edirəm! İnanıram ki, yeni 2025-ci il ölkəmizə, bələdiyyəmizə tərəqqi, uğurlar və firavanlıq gətirəcək.
Davit Şerazadişvili, Gürcüstan parlamentinin üzvü:
– Şadam ki, biz Yeni il öncəsi əhval-ruhiyyədə toplaşmışıq və mənə sizi qarşıdan gələn 2025-ci il münasibətilə şəxsən təbrik etmək imkanı verildi. Cari il çətinliklərlə səciyyələnir, lakin mən inanıram ki, biz birlikdə hər şeyə qalib gələcəyik və dinc, sabit inkişafı davam etdirəcəyik. Həmvətənlərim, dostlar, mən şadam ki, bu gün Gürcüstan hökumətinin qərarı ilə planlaşdırılan Yeni il tədbiri çərçivəsində biz birlikdə qeyd edirik və bu qədər şən, şən simalar görürəm. Bir daha sizə qarşıdan gələn Yeni iliniz mübarək olsun. Sizə sülh, cansağlığı, sevinc və uğurlar arzulayıram!