Cümə axşamı, Oktyabr 3, 2024
spot_img

Bolnisidə peşə kollecinin tikintisi fəal şəkildə aparılır

 Gürcüstanın Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi Bolnisi bələdiyyəsində peşə kollecinin tikintisini həyata keçirir. Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin direktoru Levan Suxitaşvili Bolnisi bələdiyyəsinin meri, rayon qubernatoru və Gürcüstan parlamentinin deputatı ilə birlikdə tikinti işləri ilə tanış olublar. Layihə çərçivəsində 150 ​​tələbə üçün nəzərdə tutulmuş 3 mərtəbəli bina Avropa standartlarına tam uyğundur, tədris kompleksi müasir avadanlıqla təchiz olunacaq və müxtəlif tədris məkanlarını əhatə edəcək, ümumi dəyəri 6 milyon 700 min lari olacaq. Binada nəzəri tədris auditoriyaları, kitabxana, inzibati məkan, konfrans və nümayiş zalları yerləşəcək. Bina mərkəzi istilik-soyutma və havalandırma sistemi ilə təchiz olunacaq. Məhdut imkanlı şəxslər üçün panduslar, liftlər və uyğunlaşdırılmış vanna otağı təmin ediləcək. Məktəbin həyətində açıq idman meydançası, yaşıl istirahət guşəsi, trenajorlarla təchiz olunmuş məşq meydançası və avtomobil dayanacağı yerləşəcək. Birinci mərhələdə təhsil müəssisəsi regionun tələbatına uyğun olaraq qısamüddətli və ixtisaslı peşəkar təhsil proqramları təklif edəcək. Tələbələr döşəmə və kirəmit, divar örtükləri, elektrik, santexnika sistemləri, informasiya texnologiyaları dəstəyi, kompüter şəbəkələri və sistemləri üzrə təhsil almaq imkanı əldə edəcəklər. Bolnisidə peşə məktəbinin tikintisi Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən maliyyələşdirilir, 2024-cü ilin sonunda istifadəyə veriləcək və arzu edənlər ən çox tələb olunan peşələri öyrənə biləcəklər.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər