Cümə axşamı, Oktyabr 10, 2024
spot_img

Bolnisidə “Kitab yuvası”

Gürcüstan Parlamentinin Milli Kitabxanası və Procredit Bankın birgə layihəsi çərçivəsində Bolnisi bələdiyyəsinin əsas kitabxanasının açıq məkanda “kitab yuvası” yerləşdirilib. Meydanda düzülmüş kitabxanadan hər kəs istədiyi kitabı götürüb rahat şəraitdə oxuya, evinə apara, qaytara və ya yeni ədəbiyyatla əvəz edə bilər. Qeyd edək ki, “kitab yuvası” müxtəlif bölgələrdə tematik formada təqdim olunur, Bolnisi mini-kitabxanası simvolik olaraq köhnə alman kilsəsi görünüşünə malikdir.

Tədbir çərçivəsində alman kolonistlərini əks etdirən tarixi materiallar nümayiş etdirilən səyyar sərgi təşkil edilib. Sözügedən layihə bütün ölkə üzrə həyata keçirilir ki, bu da təhsil və kitab təbliğatını təşviq edir.

“Kitab yuvası”nın açılışında Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktor müavini Mirian Xositaşvili, fotoqraf Qoqa Çanadir, “ProKredit Bank”ın nümayəndəsi iştirak edib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər