Cümə, Aprel 18, 2025
spot_img
HomecəmiyyətBolnisidə “Kəndlərə Dəstək Proqramı”na start verilib

Bolnisidə “Kəndlərə Dəstək Proqramı”na start verilib

“Kəndlərə Dəstək Proqramı” çərçivəsində Bolnisi Bələdiyyəsinin inzibati ərazi vahidlərində kənd görüşləri və məsləhətləşmələr keçirilir. Bolnisi Bələdiyyəsinin nümayəndələri Poladauri, Samtsevrisi, Zemo Bolnisi kəndlərində və Bolnisi kəndində görüşlər keçiriblər. Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili Bolnisi kəndində yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşüb, kənddəki problemlərlə tanış olub. Səs çoxluğu ilə Poladauri, Samtsevrisi və Bolnisi kəndlərində çöl işıqlandırma şəbəkəsi qurulacaq, həmçinin Bolnisi kəndində drenaj şəbəkəsi çəkiləcək, Zemo Bolnisidə isə qəbiristanlıq hasarlanacaq. “Kəndlərə Dəstək Proqramı” çərçivəsində regionlarda həyata keçiriləcək layihələrin fondundan Bolnisi Bələdiyyəsinə 714 000 lari ayrılıb. “Şadam ki, kəndə dəstək proqramı başladı. Bu proqram çərçivəsində biz bir sıra mühüm infrastruktur layihələri həyata keçirə biləcəyik. Əhali öz kəndlərində hansı problemlərin həll edilməli olduğunu seçir və düşünürəm ki, bu proqramın effektivliyini təmin edəcək və bu da, layihəni çox zəruri edir “,- Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili qeyd edib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər