Bolnisdə tezliklə daha bir infrastruktur təşkil edilmiş küçə olacaq. Vaxtanq Qorqasalı küçəsində daş döşənmə işləri aparılır, eyni zamanda yaşıllıq ayırıcı xətt çəkiləcək, çöl işıqlandırması aparılacaq, küçədə ucaldılan xaç ayırıcı xəttə köçürüləcək. İşlər regionlarda həyata keçiriləcək layihələrin fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir, Bu gün görülən işləri Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, onun müavini Buba Qobejişvili və infrastruktur xidmətinin rəhbəri Konstantin Kordzadze ilə birlikdə ziyarət edib.
“Ötən illərdə olduğu kimi, bu il də Bolnisi şəhərində küçələrə daş döşənir. Bu gün yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə birlikdə Vaxtanq Qorqaslı küçəsində aparılan işlərə baş çəkdik, burada da iş prosesi bir neçə günə yekunlaşacaq. İnfrastruktur layihəsi regionlarda həyata keçiriləcək layihələrin və yerli özünüidarəetmə fondunun maliyyələşdirilməsi ilə həyata keçirilir və onun dəyəri 120 000 lari təşkil edir”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.