Bazar, Aprel 14, 2024
spot_img

Bolnisidə gürcü-alman mədəniyyət mərkəzinin rəsmi açılışı olub

Bolnisinin tarixi hissəsində bərpa olunmuş köhnə alman binasında Gürcü-Alman Mədəniyyət Mərkəzinin rəsmi açılışı olub. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş, Kvemo Kartlidəki dövlət nümayəndəsi Giorgi Doxturişvili, Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka majoritar deputatı Qoqi Meşveliani və Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili açılışı bərabər ediblər. Həmçinin tədbirdə Gürcüstan parlamentinin üzvləri də iştirak edib. Bina gürcü-alman birgə maliyyələşdirməsi ilə bərpa edilib, burada yer “Bolnisi Mədəniyyət Mərkəzinə”, qeyri-hökumət təşkilatına “Cənubi Qafqazda Alman Mədəni İrs İttifaqı” və  həftə sonları uşaqlar üçün müxtəlif maarifləndirici tədbirlər keçirəcək Evangel-Lüteran Kilsəsinin nümayəndələrinə verilib. Qeyd edək ki, yerli özünüidarə keçmiş erməni məktəbinin bərpasına 356 min lari xərcləyib.

მსგავსი სტატიები
- Advertisment -spot_img

ყველაზე პოპულარული

ბოლო კომენტარები