Çərşənbə, Dekabr 11, 2024
spot_img

Bolnisidə daxili yol tikintisi işləri davam etdirilir

Bolnisi bələdiyyəsində daxili küçələrin asfalt-beton örtülməsi işləri sürətlə davam etdirilir. Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, Sakrebulo sədrinin birinci müavini Giorgi Mirianaşvili və onu müşayiət edən digər şəxslərlə birlikdə İlya Çavçavadze və İoane Bolnel küçələrində aparılan işlərə baş çəkib. Bolnis şəhəri, Çavçavadze küçəsində asfalt-beton örtüklü yol kənarında bordür və piyada səkiləri çəkilir, 280 metr uzunluğunda işlər “Ktsia” MMC tərəfindən həyata keçirilir. İoan Bolnel küçəsində 340 metr uzunluğunda drenaj kanalı ilə ikiqat asfalt-beton yol çəkilir, xarici işıqlandırma da quraşdırılacaq. Baqrationi küçəsində də aktiv işlər davam etdirilir ki, burada da orijinal görkəmi qorumaq məqsədilə 1600 kvadratmetr sahədə asfalt örtüyü döşənir, bundan əlavə, drenaj barmaqlıqları və LED lampalar quraşdırılır. Layihələr regionlarda həyata keçiriləcək layihələrin fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir.


“Kvemo Kartli regionunda müxtəlif infrastruktur layihələri üzrə işlər davam etdirilir. Bu gün Bolnisi meri ilə birlikdə asfalt və səki döşənməsi işləri aparılan Çavçavadze və Bavrationi küçələrinin tam bərpa işlərinə baş çəkdik. Qeyd olunan layihələr ilin sonuna qədər davam edəcək, təbii ki, genişmiqyaslı layihələrin həyata keçirilməsi də nəzərdə tutulur”, – Kvemo Kartli qubernatoru qeyd edib.

“Hazırda biz Baqrationi küçəsindəyik və layihə ərazilərinə 1600 kvadratmetr səki daşları döşənəcək. Layihə başa çatdıqdan sonra şəhərə daha 324 m uzunluğunda səki daşı əlavə olunacaq”, – Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər