Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili və Bolnisi Bələdiyyə Şurası sədrinin birinci müavini Giorgi Mirianaşvili Bolnisi şəhərində aparılan yol tikintisi işləri ilə tanış olublar. Bu mərhələdə Müqəddəs Nino, Vaja-Pşavela, İliya Çavçavadze və Soxumi küçələrinin bir hissəsinə asfalt örtüyünün birinci qatının döşənməsi işləri aparılır. Qeyd olunan küçələrdə ümumilikdə 1664 metr uzunluğunda yol təşkil olunacaq. Layihə çərçivəsində Müqəddəs Nino küçəsində drenaj şəbəkəsi, İliya Çavçavadze və Soxumi küçələrində isə piyada səkiləri tikiləcək. İşlərə ümumilikdə 2 609 475 lari xərclənəcək. Asfalt örtüyü ilə yanaşı, Akaki Tsereteli, Anzor Oçxikidze, Sion, 500 Bolneli küçələri və Suxumi küçəsinin bir hissəsinə səki daşları döşənəcək. Uzununa 1200 metr əraziyə yerli bazalt döşənəcək. İşlərin ümumi dəyəri 2 483 176 lari təşkil edir. Yol infrastrukturunun yaxşılaşdırılması yerli büdcənin və “Regionlarda həyata keçiriləcək layihələr fondu”nun birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir.
შეყვანა