Qoqi Meşvelianinin verdiyi məlumata görə, Bolnisi drenaj sistemi və kollektorunun tikintisi ən qısa müddətdə davam etdiriləcək.
“Sizə şad xəbəri çatdırmaq istərdim ki, Bolnisi drenaj sisteminin və kollektorunun tikintisi ən qısa müddətdə davam etdiriləcək. Şadam ki, bizim hər birimizin səyi öz bəhrəsini verdi və vətəndaşlarımız üçün yaradılmış narahatçılığı aradan qaldıra biləcəyik. Müvafiq prosedurlar başa çatdıqdan sonra Marneuli su və kanalizasiya sistemlərinin, Bolnisi kanalizasiya sistemlərinin tikintisinin davam etdirilməsi ilə bağlı müqavilələr imzalanıb. Layihəni beynəlxalq tenderdə qalib gələn iki şirkət həyata keçirəcək. Müvafiq müqaviləni Birləşmiş Su Təchizatı Şirkətinin direktor müavini Quqa Kakabadze və podratçı şirkətlərin nümayəndələri: Çin Geo-Mühəndislik Korporasiyasının (CGC) regional direktoru Çenkjou He və “POLAT Yol Yapı Sənaye və Ticarət Anonim Sirkei” şirkətinin maliyyə nümayəndələri və meneceri Giuni Beltiri tərəfindən imzalanmışdır. Tikinti 6 müstəqil layihə kimi həyata keçiriləcək. Tenderdə qalib gələn şirkətlər sistemlərin tikintisini 15 ay ərzində mərhələli şəkildə başa çatdırmalıdırlar. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək və 47 003 251 ABŞ dollarına istifadə olunacaq”, -Gürcüstan parlamentində Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanin majoritar deputatı Qoqi Meşveliani rəsmi səhifəsində yazır.