Cümə axşamı, Fevral 12, 2026
spot_img
HomecəmiyyətBolnisi Bələdiyyəsinin meri inzibati ərazilərdə merin nümayəndələri ilə işgüzar görüş keçirib

Bolnisi Bələdiyyəsinin meri inzibati ərazilərdə merin nümayəndələri ilə işgüzar görüş keçirib

Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava inzibati ərazilərdə merin nümayəndələri ilə işgüzar görüş keçirib. Görüşdə bələdiyyə rəhbəri inzibati ərazilərdə mövcud olan məsələləri müzakirə edib və vətəndaşların ehtiyaclarına vaxtında və effektiv şəkildə cavab verilməsi üçün koordinasiyalı işin vacibliyini vurğulayıb. 9 fevral tarixindən etibarən Bolnisi Bələdiyyəsində “Kəndə Dəstək Proqramı” çərçivəsində əhali ilə ümumi yığıncaqlar və məsləhətləşmələrə başlanılacaq. İşgüzar görüşdə mer proqramın əhəmiyyətindən və onun səmərəli icrasından danışıb. Merin sözlərinə görə, proqram yerli əhali ilə sıx əməkdaşlıq və prioritet ehtiyacların düzgün müəyyənləşdirilməsini tələb edir. “Bizim əsas məqsədimiz hər bir kənddə mövcud olan problemlərin düzgün şəkildə müəyyənləşdirilməsidir. Merin nümayəndələri ərazidə əhalinin ehtiyaclarını ən yaxşı görən şəxslərdir. Məhz onların fəal iştirakı və koordinasiyalı işi hər bir məsələnin vaxtında və effektiv şəkildə həll olunması üçün vacibdir. ‘Kəndə Dəstək Proqramı’ bizə vətəndaşların ehtiyaclarına uyğun layihələr seçmək imkanı verir ki, bu da onların yaşayış mühitinin yaxşılaşdırılmasına xidmət edir”, – deyə Bolnisi Bələdiyyəsinin meri Zamur Çitanava bildirib. İşgüzar görüşdə, həmçinin Bolnisi Bələdiyyəsi meriyasının inzibati xidmətinin rəhbəri Giorgi Qasviani və yerli özünüidarəetmə nümayəndələri də iştirak ediblər.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər