Bu gün Gürcüstan Parlamentinin üzvü Qoqi Meşveliani, majoritar seçki dairəsində bələdiyyə meri Davit Şerazadişvili ilə birlikdə Muşaveni kəndinin sakinləri ilə görüşdü.
Hakimiyyətin nümayəndələri yerli sakinlərin ehtiyaclarını dinlədi və kəndin əvvəlki həyat ritminə qayıtması üçün hansı tədbirlərin görülməli olduğu ilə tanış oldular.
Protokola görə, yaxın iki həftə ərzində yerli sakinlər yenidən sərt karantin rejimində yaşamalı olacaqlar. Bu müddətdən sonra əlavə tibbi tədbirlər görüləcək və bunun nəticəsində epidemiologlar təcrid və əlaqədar məhdudiyyətlərin aradan qaldırılması haqqında bəzi məsləhətlər verəcəklər.
“Biz, əhali, buna maksimum dərəcədə diqqət yetiririk, diqqətdən kənarda qalmamağa və bütün ehtiyaclara vaxtında cavab verməyə çalışırıq. Yaxın vaxtlarda yenidən sosial aksiya keçirməyi planlaşdırırıq”- deyə Qoqi Meşveliani qeyd etdi.
Muşaveni kəndi aprelin 25-də bağlandı və o vaxtdan ciddi karantin rejimi altındadır. Epidemiologlar tərəfindən genişləndirilmiş PCR testi nəticəsində Muşaveni kəndində xəstəlik axrinci dəfə mayın 30-da təsdiqlənib.