Çərşənbə axşamı, Sentyabr 16, 2025
spot_img
HomecəmiyyətBolnisi Bələdiyyəsinin Çapala Dövlət Məktəbinin şagirdləri təhsillərini yenilənmiş tədris mühitində davam etdirəcəklər

Bolnisi Bələdiyyəsinin Çapala Dövlət Məktəbinin şagirdləri təhsillərini yenilənmiş tədris mühitində davam etdirəcəklər

Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Tamar Maxaraşvili, Kvemo Kartlinin qubernatoru vəzifəsini icra edən İlia Calagania və Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanın nümayəndəsi Davit Şerazadişvili ilə birlikdə Çapala kəndində yeni təmir edilmiş məktəbin açılışını edib, şagirdlərin və valideynləri məktəbin açılışı münasibətiylə təbrik edib. Layihə çərçivəsində məktəb tamamilə təmir edilərək xüsusi təhsilə ehtiyacı olan şagirdlər üçün uyğunlaşdırılıb. Lift, uyğunlaşdırılmış sanitar qovşaq və pandus quraşdırılmış, fən və kompüter laboratoriyaları, idman zalı, kitabxana, yeməkxana, resurs otağı və həkim məntəqəsi yaradılmışdır. Bundan əlavə, məktəb bütün müvafiq tədris resursları ilə tam təchiz edilmişdir. Çapala kənd dövlət məktəbi 400 şagird üçün nəzərdə tutulub və layihənin ümumi dəyəri 4 milyon 300 min lari təşkil edir. Məktəbin açılış mərasimində Bolnisi Bələdiyyəsi merinin müavini Longinoz Həsənov, Bolnisi Təhsil Resurs Mərkəzinin rəhbəri İamze Svanidze və yerli özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər