Bazar ertəsi, Dekabr 9, 2024
spot_img

Bolnisi Bələdiyyəsinin uşaq bağçalarında ərzaq paketlərinin verilməsinin növbəti mərhələsi davam edir.

Bolnisi Bələdiyyəsinin uşaq bağçalarında ərzaq paketlərinin verilməsinin növbəti mərhələsi başladı. Bu gün uşaq bağçasına gələn hər bir valideynə uşaqları üçün iki aylıq tez xarab olmayan məhsullar verildi. Xatırlatmaq istərdik ki, dünyada mövcud olan pandemiya səbəbindən yaranmış vəziyyətə görə martın 2-də Gürcüstanda fəaliyyət göstərən bütün təhsil və tərbiyə müəssisələrində tədris prosesi dayandırıldı. Bununla əlaqədar olaraq, Bələdiyyənin qərarı ilə Bolnisi’nin uşaq bağçalarında 1300 uşaq üçün 14 növ məhsuldan ibarət olan 140 lari dəyərində ərzaq paketlərinin paylanılması fəal şəkildə davam edir. Qeyd etmək lazımdır ki, ərzaq paketlərinin verilməsi bələdiyyənin bütün uşaq bağçalarında artıq bir neçə mərhələdə həyata keçirilmişdir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər