Çərşənbə, Oktyabr 9, 2024
spot_img

Bolnisi Bələdiyyəsinin meri Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin daimi nümayəndəsi ilə görüşüb

Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili birinci müavin Buba Qobejişvili ilə birlikdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin daimi nümayəndəsi Hiroyuki Mori və həmin ofisin proqram üzrə məsul Konstantin Tsereteli ilə işgüzar görüş keçirib. Görüşdə tərəflər Bolnisi bələdiyyəsinin Disveli kəndində 2022-ci ildə başlanmış və yapon biliklərinin yerindəcə tətbiqi yolu ilə südün keyfiyyətinin yaxşılaşdırılması və kəmiyyətinin artırılması məqsədi daşıyan süd istehsalının yaxşılaşdırılması layihəsini müzakirə ediblər. Layihə çərçivəsində fevralın sonunda Yaponiyadan olan mütəxəssislərin Disvəli kəndinə səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Disveli kəndinin iqtisadi cəhətdən möhkəmləndirilməsi məqsədilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi Bolnisi bələdiyyəsi ilə əməkdaşlıq edib.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər