Bolnisi bələdiyyəsinin Kvemo Bolnis kəndində şura üzvü Mahir Bayramovun təşkilatçılığı ilə müsəlman icmasının şərəfinə iftar süfrəsi açılıb. Davit Şerazadişvili və Qoqi Meşvelian qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik etmiş, Gürcüstan-Azərbaycan dostluğunun çoxilliklərə söykəndiyini vurğulamışlar. İftar süfrəsində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstan Müsəlmanlarının Şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, səfirliyin dini məsələlər üzrə müşaviri Mahmut Qoli iştirak ediblər. Gürcüstanda Türkiyə Respublikası, Bolnisi Bələdiyyəsi Bələdiyyə Başçılığı və Şəhər Şurasının üzvləri.