Bazar, Oktyabr 13, 2024
spot_img

Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili Almaniya Federativ Respublikasında rəsmi səfərdədir

Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili müxtəlif bələdiyyələrin rəhbərləri ilə birlikdə Alman Təhsil Assosiasyasının Beynəlxalq Əməkdaşlıq İnstitutunun təşəbbüsü ilə “Şərq Qonşuları” DVV regional layihəsi çərçivəsində Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində Təhsil Assosiasiyasının Beynəlxalq Əməkdaşlıq İnstitutunun iş proqramı və Almaniya dövlət təşkilatlarının təcrübəsi ilə tanışlıq nəzərdə tutulub. Qeyd edək ki, bələdiyyə rəhbərləri artıq Bavariya Böyüklər üçün Təhsil Assosiasiyasına (BVV) baş çəkib və BVV-nin sədri doktor Regine Sqoda ilə görüşüblər. Münhendəki VHS filialında filialın rəhbəri xanım Hiltrud Ettl ilə tanışlıq görüşü keçirilib. Həmçinin, nümayəndələr Bavariya Parlamentində, Münhendəki VHS-in baş qərargahında olub, orada idarəedici direktor Dr. Martin Ekerlə görüşüblər. Səfər çərçivəsində Münhen meriyasında işgüzar görüş də nəzərdə tutulub. “Şərq Qonşuları” DVV regional layihəsi çərçivəsində müxtəlif bələdiyyələrin rəhbərləri ilə birgə Almaniya Federativ Respublikasında rəsmi səfərdəyəm. Səfərin məqsədi Almaniya Təhsil Assosiasiyasının Beynəlxalq Əməkdaşlıq İnstitutunun iş proqramı və Almaniyanın dövlət təşkilatlarının təcrübələri ilə tanış olmaq və uğurlu alman təcrübəsini bələdiyyəmizə təqdim etməkdir. 2021-ci ildə DVV International təşkilatının maliyyəsi və Bolnisi Bələdiyyəsinin dəstəyi ilə Bolnisi şəhərində vətəndaşlarımıza müxtəlif peşələrə yiyələnməyə imkan verən böyüklər üçün təhsil mərkəzi yaradılmışdır. Mərkəz fəaliyyətini uğurla davam etdirir və əhali arasında çox populyardır. Mən Almaniya tərəfinə Bolnisi bələdiyyəsinin təhsil sahəsində göstərdiyi fəal dəstəyə görə təşəkkür edirəm”, – deyə Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər