Bolnisi Bələdiyyəsinin merinin, Zamur Çitanavanın birinci müavini Aleksandr Zabaxidze və digər müavinlər Valentina Naveriani, Tural Vəliyev təyin edildi. Aleksandre Zabaxidze ixtisasca hüquqşünasdır və uzun illər dövlət və özəl sektorda iş təcrübəsi var. Valentina Naveriani iqtisadçıdır, uzun illər bank və dövlət sektorlarında iş təcrübəsi var. O, Bolnisi Bələdiyyəsinin mer müavini vəzifəsində çalışmağa davam edir. Tural Vəliyev ixtisasca hüquqşünasdır və müxtəlif qurumlarda iş təcrübəsi var. O, 2021-2025-ci illərdə Dmanisi Bələdiyyəsinin merinin köməkçisi vəzifəsində çalışıb.





