Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin birinci müavini İliya Beqiaşvili Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili və şuranın sədri Tamaz Jorjoliani ilə birlikdə Bolnisi bələdiyyəsində aparılan işlərə baş çəkib. Regional Layihələrin İnkişafı Fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə Bolnisi şəhərində çoxmənzilli binaların daxili həyətləri fəal şəkildə abadlaşdırılır. Bulvarın arxasında yerləşən meşə təsərrüfatının, xəstəxananın, keçmiş “gözdən əlil”lər üçün çoxmənzilli binaların yaxınlığında asfalt örtüyünün salınması işləri aparılıb, müəyyən hissələrdə artıq birinci lay döşənib. Sözügedən işlər gələn ilin yanvar ayının sonunda başa çatdırılacaq və Sion küçəsində asfaltlama işləri aktiv şəkildə davam etdirilir, birinci mərhələdə yalnız drenaj kanalı və piyada səkiləri ilə bir hissəsi görülür. Sözügedən küçə 2024-cü ilin sonuna kimi tamamilə asfaltlanacaq.
Bolnisi bələdiyyəsində infrastruktur işləri davam edir
Şərh0
görünüşü113
əlaqəli məqalələr