. Bolnisi Bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili Məkan Təşkili və İnfrastruktur Xidmətinin rəhbəri Konstantine Kordzadze və Merin Bolnisi İnzibati Bölgəsindəki nümayəndəsi Dimitri Modebadze ilə birlikdə Vaja-Pşavela küçəsində başa çatmış asfaltlama işlərinə baş çəkib. Layihə çərçivəsində 1100 kvadratmetr yol yerli bazaltla döşənib. Həmçinin çöl işıqlandırma şəbəkəsi təşkil olunub, yaşayış evinin darvazaları və hasarları dəyişdirilib. Layihə regionlarda həyata keçiriləcək layihələrin fondunun və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilib və dəyəri 270 000 lari təşkil edib.
Bolnis şəhərinin Vaja-Pşavela küçəsində yol tikintisi işləri yekunlaşıb
Şərh0
görünüşü13
əlaqəli məqalələr