Çərşənbə, Oktyabr 9, 2024
spot_img

Bolnis idmançılarının kikboksinq üzrə uğurları

Gürcüstanın Tay Boks və Kikboksinq Milli Federasiyasının təşkilatçılığı ilə bu il mayın 31-dən iyunun 2-dək Tbilisidə Kikboksinq üzrə 31-ci Gürcüstan çempionatı keçirilib, Novik Axaşvilinin rəhbərliyi altında Bolnisi idman-bərpa kompleksinin kikboksinq idmançıları iştirak ediblər. Hər il keçirilən birincilikdə Bolnisdən 20-yə yaxın idmançı iştirak edib və bir neçə gün davam edən görüşlərdən sonra müxtəlif yaş və çəki dərəcələrində birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşib. Çempionatda Gürcüstanın müxtəlif regionlarından 600-ə yaxın idmançı mübarizə aparırdı, mükafat yerlərini tutan Bolnisi idmançılarının da iştirakını qeyd etmək yerinə düşərdi. Bolnisi idmançıları hər il kikboksinq üzrə Gürcüstan çempionatında iştirak edir, ənənəvi olaraq mükafatlı yerlərlə qayıdırlar və əldə etdikləri nəticələrə görə bələdiyyənin meriyasının təqaüdü ilə də təltif olunurlar. Məşqçi Novik Axaşvilinin bizimlə söhbətində qeyd etdiyi kimi, bu idman növünün inkişafı və daha da çox nəticə əldə etmək üçün infrastruktura uyğun mühit lazımdır.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər