
Koronavirus pandemiyası səbəbiylə Bolnisi Bələdiyyəsində içməli su istifadəsi əhəmiyyətli dərəcədə artdı. Əhali 3 ay (mart, aprel, may) su vergisindən azad olduğundan, vətəndaşlar sudan qeyri-düzgün şəkildə istifadə edirlər. İçməli sudan tərəvəz və meyvə bağlarını suvarmaq üçün istifadə olunur, buna görədə Bolnisi və Kazretinin bəzi yerlərində su gecikmələrlə verilir.
Qeyd etmək istərdik ki, su anbarları dəyişməz rejimlə doldurulur, lakin Bolnisi’nin xüsusi relyefi səbəbindən və həddindən artıq istehlak səbəbindən bəzi bölgələrə içməli su aşağı təzyiq altında verilir, bəzi hallarda bu bölgələrdə aşağı təzyiq səbəbiylə əhali ümumiyyətlə içməli su almır.
Birləşmiş Su Şirkəti sizdən xahiş edir ki, yüksək vətəndaşlıq şüurunu göstərmək və içməli suyun məqsədsiz istifadəsindən çəkinin ki, hər bir vətəndaş gecikmədən içməli su ala bilsin.