Bazar, Fevral 9, 2025
spot_img
HomecəmiyyətBir gün Bolnisi Bələdiyyəsinin meriyasında

Bir gün Bolnisi Bələdiyyəsinin meriyasında

Birləşmiş Millətlər Təşkilatının “Gürcüstanda Yerli Səviyyədə Mərkəzsizləşdirmə və Yaxşı İdarəetmənin Təşviqi” İnkişaf Proqramı “Kvemo Kartlidə gənclərin vətəndaş fəallığının gücləndirilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində bu gün Bolnisi bələdiyyəsinin meriyasının hədəf qrupa cəlb olunmuş tələbələri qəbul edib, müxtəlif xidmətlərin iş proseslərinin xüsusiyyətləri ilə yerindəcə tanış olublar. Format çərçivəsində bələdiyyənin meri Davit Şerazadişvili onları öz kabinetində qəbul edib, daha sonra müxtəlif infrastruktur obyektlərinə bələdçilik edib. Yeniyetmələr müəllimlə birgə Kveshi kəndində yeni təşkil olunmuş piknikdə olmuş, çoxfunksiyalı idman kompleksinin hazırkı tikinti prosesini yerində görmüşlər. Layihənin məqsədi Kvemo Kartli tələbə və gənclərinə, o cümlədən milli azlıqların nümayəndələrinə dəstək olmaqdır ki, onların vətəndaş kimi öz rollarını dərk etsinlər və şəxsi inkişaf bacarıqlarını təkmilləşdirsinlər. Layihə gənclərin regionun və ölkənin inkişaf proseslərinə vətəndaş cəlb olunmasını təşviq edir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər