Senaki şəhərində kikboksinq üzrə Gürcüstanın 30-cu yubiley çempionatı keçirilib. Turnirdə Kvemo Arxevan kəndinin 6 idmançısı iştirak edib. Üç idmançı Gürcüstan çempionu adını qazanıb, iki idmançı isə ikinci mükafata layiq görülüb. Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili Gürcüstan çempionatında qazandıqları uğurlar münasibətilə idmançıları və onların məşqçisi Şahin Bəxtiyarovu şəxsən təbrik edib, onlara uğurlar arzulayıb. Bolnisi Bələdiyyəsinin sədri Bolnisi Bələdiyyə Şurasının sədr müavini Rəsul Bəxtiyarovla birlikdə idmançıları qarşılayıb. “Gürcüstan çempionatında qazanılan uğur münasibətilə sizi təbrik edirəm. İnanıram ki, gələcəkdə bu cür layihələrdə bələdiyyəmizin adı dəfələrlə çəkəcək. Sağlam həyatın təbliği prosesində idmanın təbliği mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də yerli özünüidarəetmə orqanları bu istiqamətdə bir çox layihələr həyata keçirir. Bir daha sizi bu uğurunuz münasibətilə təbrik edirəm və bu nəticələrə görə hər birinizə və məşqçiyə təşəkkür edirəm”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.
Bələdiyyənin meri bolnisalı idmançıları kikboksinq üzrə Gürcüstan çempionatında qazandıqları uğurlar münasibətilə təbrik edib
Şərh0
görünüşü154
əlaqəli məqalələr