Çərşənbə, Dekabr 11, 2024
spot_img

Bələdiyyə rəhbərləri yol infrastrukturu layihələrini ziyarət ediblər.

[:en]

Bolnisinin majoritar debutatı Qogi Meshveliani, bu gün bələdiyyə meri və özünüidarəetmə nümayəndələri ilə birlikdə bələdiyyənin üç kəndində yol infrastrukturu işləri ilə tanış olub və yerli əhali ilə söhbət edib.

Ratevani kəndində tezliklə sakinlər daxili yollarda hərəkət problemi yaşamayacaqlar. Burada 1550 metr uzunluğunda 766,994 lari dəyəri olan asfalt örtüyü çəkilir.

Artıq işlərin çox hissəsi 500 metr uzunluğunda beton yolun çəkildiyi Dzveli Kveşi kəndində sona çatıb, layihənin dəyəri isə 397.000 laridir.

Kveşi kəndində isə Kveşi qalasına giriş yolunun da çəkilməsi davam edir. Tarixi abidəyə giriş yolunun yaxşılaşdırılması üçün 595 000 lari xərclənəcəkdir. Layihə çərçivəsində 100 metr asfalt döşənəcək, 485 metr isə yerli bazalt ilə örtüləcəkdir. Yol infrastrukturu yerli büdcənin və ,,Bölgələrdə həyata keçiriləcək Layihələr Fondunun” birgə maliyyələşdirilməsi ilə tənzimlənəcəkdir.

[:]
əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər