Cümə, May 24, 2024
spot_img

Bələdiyyə rəhbərləri Naxiduri kəndində fəaliyyət göstərən fiziki və əqlli məhdudiyyəti olan şəxslərin Gündüz Reabilitasiyası və Sosial Adaptasiyası Mərkəzini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər

Naxiduri kəndində xüsusi təhsilə ehtiyacı olan və sağlamlıq imkanları məhdud şəxslər üçün Reabilitasiya və sosial adaptasiya gündüz mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə mərkəzin benefisiarları və müğənni Şaban Məmmədov iştirak edib. Tədbirdə Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanın majoritar deputatı Qoqi Meşveliani, Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, merin birinci müavini Buba Qobejişvili, mer müavini Valentina Naverian və Bolnisi Bələdiyyə Şurasının birinci müavini Giorgi Mirianaşvi iştirak edib. “Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirəm! Onların dinc, xoş, xoşbəxt və gülərüz həyatı olmalıdır. Biz uşaqlar üçün təhlükəsiz mühit yaratmaq üçün hər şeyi etməliyik. Burada mən Naxiduri kəndinin reabilitasiya mərkəzinin rəhbəri Qocha Vardosanidzeyə və onun komandasına zəhmətinə görə təşəkkür etmək istəyirəm. Onlar hər gün uşaqlarımızın qayğısına qalır və onları cəmiyyətə uyğunlaşmaq üçün hazırlayırlar”, – Qoqi Meşveliani bildirib.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sizi təbrik edir, mərkəzin hər bir benefisiarına xoşbəxt həyat arzulayıram. Yerli özünüidarənin ən mühüm məqsədlərindən biri bələdiyyələr səviyyəsində vətəndaşlarımızın bərabər imkanlara malik olacağı inklüziv mühit yaratmaqdır. Bu, kifayət qədər mürəkkəb məsələdir və biz bu məqsədə nail olmaq üçün fəal işləyirik. Yerli özünüidarə hər zaman fiziki və əqli məhdudiyyəti olan şəxslərin, xüsusilə də uşaqların yanında olacaq və biz sizin həyat şəraitinizi mümkün qədər yaxşılaşdırmağa çalışacağıq”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər