Bazar, Yanvar 26, 2025
spot_img
HomecəmiyyətAvropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində Bolnisi şəhərində enerjiyə qənaət edən dayanacaq və...

Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində Bolnisi şəhərində enerjiyə qənaət edən dayanacaq və skamyalar hazırlanıb

 “Bolnisi modeli – yerli iqtisadi inkişafın uğurlu nümunəsi” layihəsi çərçivəsində Bolnisi şəhərində Tamaz Stefania, Farnavaz Mepe və Tsiskvili küçələrində enerjiyə qənaət edən skamyalar hazırlanıb, Sulxan-Saba Orbeliani küçəsində enerjiyə qənaət edən avtomobil dayanacağı təşkil edilib. Vətəndaşlar enerjiyə qənaət edən oturacaqlarda və avtobus dayanacaqlarında pulsuz internetdən istifadə edə biləcəklər. Oturacaqlarda temperatur və havanın çirklənməsi göstəricisi də var. Oturacaqlarda və dayanacaqlarda yerindən asılı olaraq hər kəs QR kodlar vasitəsilə bələdiyyə haqqında müxtəlif məlumatlar əldə edə bilər. Sözügedən infrastrukturun üzərində Bolnisi bələdiyyəsinin xəritəsi də yerləşdirilib. Qeyd edək ki, Avropa İttifaqı və Bolnisi bələdiyyəsinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Bolnisinin tarixi rayonunda da enerjiyə qənaət edən xarici işıqlandırma təşkil edilib, Merab Kostava və Tsiskvili küçələrində həmişəyaşıl palıd tingləri əkilib.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər