2008-ci ilin avqust müharibəsindən 15 il keçməsinə baxmayaraq, ölkə ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini hər zaman yad edir. Onların arasında Bolnisi bələdiyyəsinin nümayəndələri Nodar Devnozaşvili, Aslan Şainidze və Saba Dadvani də var. Bu gün Bolnisinin majoritar deputatı Qoqi Meşveliani, yerli hökumət nümayəndələri və Şəhər Şurasının üzvləri qəhrəmanların məzarları üzərinə əklillər qoyub, onların xatirəsini ehtiramla yad ediblər. Düz 15 il əvvəl Rusiyanın təcavüzü nəticəsində yüzlərlə mülki şəxs, hərbçi, polis və jurnalist həlak olub. 30 minə yaxın vətəndaş öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Rusiyanın ölkəmizdə həyata keçirdiyi aksiyaların kiçik statistikası belədir. Vətən borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuş avqust müharibəsinin qəhrəmanları Nodar Devnozaşvilini, Aslan Şainidzeni və Saba Dadvanini ölkə heç vaxt unutmayacaq və gələcək nəsillər həmvətənlərimizin qəhrəmanlıq hekayələrini öyrənəcəklər. Qeyd edək ki, Bolnisi bələdiyyəsi həlak olan hər bir qəhrəmanın ailəsinə pul yardımı edib.
Avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər
Şərh0
görünüşü84
Əvvəlki məqalə
Növbəti məqalə
əlaqəli məqalələr