Cümə, Oktyabr 4, 2024
spot_img

Ailə həkimi / tibb müəssisəsinin əlaqə məlumatlarını əldə etmək üçün yeni məlumat portalı istifadəyə verilmişdir

Bugündən etibarən vətəndaşlar yeni məlumat portalı vasitəsilə ailə həkiminin kimliyi və ilkin səhiyyə müəssisələri haqqında məlumat ala bilərlər.

Vətəndaş portalda şəxsi nömrəsini qeyd etməklə hansı ilkin səhiyyə müəssisəsində qeydiyyatda olduğunu aydınlaşdıra və eyni zamanda pasiyentin sağlamlıq vəziyyətinə müşahidə edəcək ailə həkiminin kimliyi haqqında məlumat ala bilər.Əgər vətəndaş ümumi səhiyyə proqramından istifadə edirsə, ailə həkiminə və ya qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir.

Əgər vətəndaş özəl siğortadan istifadə edirsə, siğorta şirkətinin ailə həkimi ilə əlaqə saxlamalıdır.

Əgər vətəndaş ümumi səhiyyə proqramının benefisiarı deyilsə və özəl siğortadan da istifadə etmirsə və ya ümumi səhiyyə proqramının benefisiarı olsa da heç bir tibb müəssisəsində qeydiyyatdan keçməmişdirsə, Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etməlidir: 1505

Məlumat portalının işə salınmasında məqsəd 112-ə daxil olan zənglərin azalması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Ailə həkimi / tibb müəssisəsinin əlaqə məlumatlarını əldə etməkçün məlumat portalını ziyarət edin: http://ambulatoria.moh.gov.ge/ və ya Səhiyyə Nazirliyi ilə əlaqə saxlayın: 1505.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər