Bazar, Yanvar 26, 2025
spot_img
Homecəmiyyət31 gün davam edən ciddi karantin rejimindən sonra Qeta kəndində qırmızı zona...

31 gün davam edən ciddi karantin rejimindən sonra Qeta kəndində qırmızı zona statusu qaldırıldı

Bolnisi Xaıq Sağlamlığı Mərkəzinin tövsiyəsi və Gürcüstan hökümətinin qərarə ilə Qeta kəndi açıldı. 31 gün sərt karantin rejimindən sonra kənd qırmızı bölgə statusundan azad edildi. Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, bu gün Qeta kəndində olub və karantin dövründə qoyulmuş qaydalara ciddi əməl etdiklərinə görə yerli sakinlərə təşəkkürünü bildirdi və Səhiyyə Nazirliyinin tövsiyələrini bir daha xatırlatdı. Qeyd olunan kəntdə mayın 16-dan bu yana koronavirus aşkarlanmayıb. Son təsdiqlənmiş hadisədən sonra isə kənd sakinlərinə epidemiologlar bir neçə dəfə PCR testi həyata keçiriblər. Bügündən etibarən kəndlilər heç bir məhdudiyyət olmadan sərbəst hərəkət edə biləcəklər. Patrul polis əməkdaşları da həmçinin Qeta kəndi girişində patrul işlərinidə sonlandırdılar. Qeyd edək ki, Muşaveni kəndində karantin rejimi hələ də qüvvədədir və epidemiologlar fəal işləməyə davam edəcəklər.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər