Cümə, Fevral 7, 2025
spot_img
Homecəmiyyət2022-23-cü tədris ilində məktəbi fərqlənmə ilə bitrənlərə medal və diplomlar təqdim olunub

2022-23-cü tədris ilində məktəbi fərqlənmə ilə bitrənlərə medal və diplomlar təqdim olunub

Bolnisi bələdiyyəsinin 2022-23-cü tədris ilində fərqlənən 65 məzuna medal və diplomlar təqdim olunub. Milli kurikuluma uyğun olaraq 54 qızıl və 11 gümüş medala layiq görülüb. Mükafatlandırma mərasimindən əvvəl resurs mərkəzinin rəhbəri İamze Svanidze məktəb ictimaiyyətini, xüsusilə də şagirdləri böyük əmək nəticəsində əldə olunan uğurlar münasibətilə təbrik edib, tədris ilinin cari proseslərinə yekun vurub. Gürcüstan parlamentinin deputatı Davit Şerazadişvili və şəhər meri vəzifəsini icra edən Buba Qobejişvilinin məktəb ictimaiyyəti ilə birlikdə iştirak etdikləri mükafatlandırma mərasimi meriyanın konfrans zalında keçirilib. Oamze Svanidze, Bolnisi Təhsil Resurs Mərkəzinin rəhbəri: 54-ü qızıl, 11-i gümüş medalçı olmaqla, ümumilikdə 65 fərqlənən məzunumuz var. Onlara uğurlar və gələcəkdə dqha çox qələbələr arzulayıram. Məktəblərimizin, şagirdlərimizin və məktəb ictimaiyyətinin qələbəsinin doğurduğu sevinci daim paylaşan yerli rəhbərlikə təşəkkürümü bildirirəm. Alina Əhmədova, qızıl medalçı: Çox çalışdım və bunun qarşılığını aldım, sevincimin həddi-hüdudu yoxdur, bu xoşbəxt anları, hissləri ifadə etməyə sözüm yoxdur. Ailəmə, müəllimlərə və məktəb direktoru Fərəməz Cəlilova təşəkkürümü bildirirəm.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər