Cümə, Oktyabr 4, 2024
spot_img

200 larilik yardım üçün qeydiyyat sabahdan etibarən başlayır

Səhiyyə Nazirliyindən verilən məlumata görə, valideynlər sabahdan etibarən 0-dan 17 yaşa qədər uşaqlar üçün 200 lari yardım almaq üçün  internet portalda qeydiyyatdan keçə biləcəklər.

Bunun üçün elektron portalda aşağıdakı məlumatlar daxil edilməlidir:

Uşağın adı, soyadı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi;

Valideyn / qanuni nümayəndənin adı, soyadı, şəxsisiyyət vəsiqəsinin nömrəsi;

Kommersiya bankında valideyinin /qanuni nümayəndənin adına açılan bank hesabı məlumatları (bank hesabının nömrəsi);

Qısa mətn mesajları göndəriləcək əlaqə nömrəsi;

Ədliyyə Nazirliyinin Xidmət İnkişafı Agentliyi uşaq və valideyn arasındakı əlaqəni təsdiqləmədiyi təqdirdə, valideyn uşağın doğum şəhadətnaməsini elektron portalda yükləməlidir.

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyi uşaqla qanuni nümayəndə arasındakı əlaqəni təsdiq edə bilmirsə, qanuni nümayəndə qəyyum təyin edilməsi barədə qərarı elektron portalda yükləməlidir.

Elektron portalda ərizə ilə, valideyn / qanuni nümayəndə doldurulan məlumatların doğruluğunu təsdiqləyir.

Sosial yardım uşağın valideynlərindən biri və ya qanuni qəyyumu tərəfindən elektron portalda ərizə doldurduqdan sonra verilir.

Valideynlər 0 ilə 17 yaş arası uşaqlar üçün 200 lari yardım almaq üçün  15 avqust – 1 dekabr tarixlərində qeydiyyatdan keçə biləcəklər. Yardım bu ilin sentyabr ayından etibarən veriləcəkdir.

Fiziki şəxs elektron portalda qeydiyyatdan keçə bilmirsə, müraciət etməlidir:

 Sosial Xidmət Agentliyinin bütün ərazi vahidləri; Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi və yerli özünüidarəetmə orqanları; Gürcüstan Ədliyyə Nazirliyinin Ədalət Evləri və İcma Mərkəzləri və  Liberty Bank filiallarında.

Müvafiq sənədləri 24 saat ərzində elektron portalda yükləmək mümkündür.

Əlavə məlumatı Gürcüstanın İşğal olunmuş ərazilərindən, Əmək, Səhiyyə və Sosial Məsələlər üzrə Məcburi Köçkünlər Nazirliyinin -1505 nömrəli qaynar xəttində əldə etmək mümkündür.

Qeydiyyat üçün məlumatları Səhiyyə Nazirliyinin saytında: www.moh.gov.ge, həmçinin elektron portalda – daxmareba.moh.gov.ge mövcuddur.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər