Bolnisi şəhri 1 saylı Dövlət Məktəbi, Bələdiyyə İnkişaf Fondunun maliyyəsi ilə 2020-ci ilin Noyabr ayından etibarən tam bərpa işlərini davam etdirir. İkinci əlavə yardımçı binaya sahib olan ikimərtəbəli məktəb qəzalı vəziyyətdə olduğundan bina tamamilə möhkəmləndirilmişdir. Bu mərhələdə dam örtüyü işləri başa çatdırılıb və pəncərələr qismən quraşdırılıb, məktəbin içərisindəki qeyri-standart kiçik sinif otaqlarında arakəsmələr çıxarılaraq genişləndirilib, yerdən istilik sistemi quraşdırılacaq, yaş nöqtələr (hamam otaqları) ilə illərdir bağlı olan problem tamamilə həll ediləcək, məktəbin içərisində və xaricində idman zalları olacaq, fiziki məhdudiyyətli uşaqlar üçün məktəbi tam uyğunlaşdırılacaq, binanın xarici ətrafı tamamilə hasara alınacaqdır. Davam edən işləri Bu gün Bolnisi Bələdiyyəsinin Təhsil Resurs Mərkəzinin rəhbəri Ia Svanidze və Bolnisi şəhərinin 1 saylı Dövlət Məktəbinin direktoru İrma Çakadze ziyarət edib.

Məktəbdə aparılan təmir işləri ilə əlaqədar olaraq şagirdlər şəhərdəki iki məktəbə köçürülür. 2021-2022 tədris ilinin ikinci semestrində məktəblərinə qayıdacaqlar. Məktəbdəki sinif otaqları Avropa standartlarına uyğun olaraq genişləndirilmiş və bu da siniflərdə azalmaya səbəb olmuşdu, buna görə də tədris 2 növbədə bərpa oluna bilər. 800 şagird üçün nəzərdə tutulmuş tarixi bina bərpa olunduqdan sonra Avropa standartlarına cavab verəcəkdir.