Bazar ertəsi, Aprel 15, 2024
spot_img

Qoqi Meşveliani Darbazi kəndində gürcü dilinin tədrisi prosesində iştirak edib

Gürcüstan parlamentində Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanın majoritar deputatı Qoqi Meşveliani Bolnisi Mədəniyyət Mərkəzi və yerli özünüidarəetmənin təşkil etdiyi gürcü dili kursuna qatılıb.

Qeyd edək ki, bu ilin mart ayında Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkadanın majoritar deputat Qoqi Meşvelianinin təşəbbüsü və Bolnisi Bələdiyyəsi və Mədəniyyət Mərkəzinin iştirakı ilə etnik qruplar üçün gürcü dili kurslarına start verilib. 16-30 yaşlı etnik azlıqların dövlət dilini öyrənmək imkanı var. Təlim Naxiduri, Talaveri, Kvemo Bolnisi və Darbazi gənclər icma mərkəzlərində həyata keçirilir.

“Bir çox Azərbaycan məktəblərində gürcü dili tədris olunsa da, hələ də ünsiyyət problemimiz olduğundan bu kursların ilk növbədə gənclərimizə verilməsini məqsədəuyğun hesab etdik. Biz hesab edirik ki, dövlət dilini öyrənmək ideyası və məzmunu həmvətənlərimizə tam inteqrasiyasına və ümumi vətənimizin yenidən qurulmasında hərtərəfli iştirak etmək imkanı yaratmaqdadır”, – Qoqi Meşveliani bildirib.

მსგავსი სტატიები
- Advertisment -spot_img

ყველაზე პოპულარული

ბოლო კომენტარები