Bolnisi Bələdiyyə Şurasının sədri koronavirusa qarşı peyvənd olundu və camaatı peyvənd prosesində fəal iştirak etməyə çağırdı.
“Zəng etmək və nümunə göstərmək lazımdır, çünki hər birimiz cəmiyyət üçün təhlükəsiz olmalıyıq, yaşlılarınıza, övladlarınıza, ailə üzvlərinizə və həmvətənlərinizə qayğı göstərməliyik”,- Tamaz Jorjoliani deyib.
Bəldiyyə Şurası deputatları: Davit Japaridze və Samira İsmailova da Sinofarm ilənpeyvənd edildilər.
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavinləri Ekaterine Mikabadze və Qenadi Arveladze peyvənd üçün regional klinikalara müraciət etdilər. “Sinofarm” peyvəndi Qenadi Arveladze tərəfindən Bolnisi Mərkəzi Klinikasında edildi.
Kovid virusuna qarşı Çin peyvəndi “Sinofarm” 35 ölkədə tanınır və fərqli ölkələrdə istehsalçılar 200 milyondan çox doza payladılar.
Bolnisidə Korona virusa qarşı peyvənd istəyənlərin sayı kifayət qədər çoxdur, hər gün əlli nəfərə qədər vətəndaş peyvənd olunur.
Peyvənd olmaq istəyənlər booking.moh.gov.ge saytında qeydiyyatdan keçə və ya aşağıdakı nömrəyə zəng edə bilərlər: 15 22