Homecəmiyyət„Mənim ilk tingim“ layihəsi çərçivəsində Bolnisidə yaşıllaşdırma aksiyası keçirilib

„Mənim ilk tingim“ layihəsi çərçivəsində Bolnisidə yaşıllaşdırma aksiyası keçirilib

Bolnisidə Gürcüstan Hökumətinin təşəbbüsü ilə həyata keçirilən „Mənim ilk tingim“ layihəsi çərçivəsində yaşıllaşdırma aksiyası təşkil olunub. Aksiyaya birinci sinif şagirdləri də qoşulublar.

Rətəvan kəndində yarım hektar ərazidə 600-ə yaxın birinci sinif şagirdi 8 növ ting əkib. Qeyd edək ki, proqram çərçivəsində əkilən hər bir ting xüsusi platformada qeydiyyata alınır. Bu platforma vasitəsilə tingin yerləşdiyi ərazi və ona qulluq haqqında məlumat əldə etmək mümkün olacaq.

Ətraf mühitin mühafizəsinə həsr olunmuş tədbirə Bolnisi Bələdiyyəsinin meri, Sakrebulonun sədri, meriyanın İnzibati Xidmətinin rəhbəri və yerli Resurs Mərkəzinin rəhbəri də qoşulublar.

„Mənim ilk tingim“ layihəsi ölkə miqyasında həyata keçirilir və şagirdlərdə ekoloji şüurun yüksəldilməsini, təbiətə qayğıkeş münasibətin formalaşdırılmasını və onların yaşıllaşdırma prosesində fəal iştirakını hədəfləyir.

„Mənim ilk tingim“ proqramı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsi üzrə İnformasiya və Təhsil Mərkəzi, eləcə də Təhsil, Elm və Gənclər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Proqram regional dövlət nümayəndələri, yerli özünüidarəetmə orqanları və Resurs Mərkəzləri tərəfindən dəstəklənir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər