Bolnisi Bələdiyyəsi Meriyasının böyük zalında məktəbəqədər təhsil müəssisəsində çalışan müəllimlər və tibb bacıları üçün “İlk Tibbi Yardım” mövzusunda təlim keçirildi. Təlim səhiyyə nümayəndələri tərəfindən aparıldı və onlar iştirakçılarla yalnız nəzəri bilikləri deyil, həm də praktik bacarıqları bölüşdülər və fövqəladə hallarda necə hərəkət etməyi əyani şəkildə göstərdilər. İlk tibbi yardım təliminin məqsədi məktəbəqədər təhsil işçilərinin daha yaxşı hazırlıqlı olmaları və zəruri hallarda peşəkar tibbi yardım hadisə yerinə çatmazdan əvvəl tez və effektiv şəkildə reaksiya verə bilmələridir. Bolnisi Bələdiyyəsi Meriyasının iştirakı ilə artıq bir neçə ildir ki, Bolnisidə oxşar təlimlər keçirilir ki, məktəbəqədər təhsil işçiləri təhlükəsiz təhsil mühitini təmin etmək üçün müasir biliklərə və praktik bacarıqlara malik olsunlar.




