Bazar, İyul 14, 2024
spot_img

Muşevan kəndində kəndə giriş-çıxış yolunun üçüncü mərhələsinin tikintisi davam etdirilir

Bolnisi Bələdiyyəsində yol infrastrukturunun təşkili üçün infrastruktur layihələri fəal şəkildə həyata keçirilir. Müşevan kəndində, kəndə beton yolun çəkilməsinin üçüncü mərhələsi davam etdirilir. İnfrastruktur işləri regionlarda həyata keçiriləcək layihələr fondu və yerli büdcə hesabına birgə maliyyələşdirilir və onun dəyəri 426 000 lari təşkil edir. Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili, merinin birinci müavini Buba Qobejişvili və Ərazi Planlaşdırma və İnfrastruktur Xidmətinin rəisi Konstantine Kordzadze 900 metr uzunluğunda beton yol layihəsi ilə tanış olublar. “Müşəvan kəndində kəndə giriş-çıxış yolunun təşkilinin üçüncü mərhələsi aktiv iş rejimində aparılır. Zədələnmiş yolda nəqliyyatın hərəkəti əhalimizə narahatlıq yaratdığından onların maraqlarını nəzərə alaraq kəndə giriş-çıxış yolunu mərhələli şəkildə çəkdik. Bu işlər üçün 426 000 lari ayrılıb ki, bu da regionlarda həyata keçiriləcək layihələr fondu və yerli büdcə hesabına birgə maliyyələşdirilir”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər