Cümə axşamı, İyun 19, 2025
spot_img
HomemüxtəlifMüşavani kəndinin açılması ayın sonuna planlaşdırılır.

Müşavani kəndinin açılması ayın sonuna planlaşdırılır.

Muşavani kəndinin sakinləri iki aydan çoxdur ki, sərt karantin şəraitində yaşayırlar, kəndin açılması ayın sonuna  planlaşdırılır və bunu üçün hazırlıq işləri davam edir. Yerli səhiyyə xidmətinin epidemiologları hədəf qruplardan bioloji nümunələr götürürlər, bələdiyyə meri və yerli hökumət nümayəndələri Müşavani kəndindəki sınaq prosesi ilə yaxından tanış oldular. Günün sonuna qədər  50-dən çox insandan bioloji nümunə götürüləcək və tətqiqat üçün Luqari laboratoriyasına göndəriləcək, testlərin cavabları sabah günün sonunda açıqlanacaq, cavabların nəticəsinə görə kəndin qırmızı bölgə statusunun qalıb-qalmayacağı məlum olacaqdır. Bu gün növbəti bir sosial aksiya keçirilib və kənddə yaşayan bütün ailələrə ərzaq paketləri paylanıldı.

Xatırladaq ki, Muşevani kəndi aprelin 25-də bağlanılıb və sərt  karantin zonası elan edilib, bu vaxta qədər isə burada təsdiqlənmiş 80 koronavirus hadisəsi var.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər