Kvemo Kartli üzrə dövlət nümayəndəsinin təşəbbüsü ilə çərşənbə günü rəsmi olaraq reginal administrasiyada vətəndaşların qəbulu günü elan edilib – Giorgi Doxturişvili gün ərzində əhali ilə şəxsən görüşəcək.
“Hökumətimizin əsas prioriteti insanların qayğısına qalmaq və onların ehtiyaclarına dərhal cavab verməkdir – buna görə də onlarla birbaşa və intensiv ünsiyyət qurmaq vacibdir. Əhalinin üzləşdiyi problemlərin vaxtında müəyyən edilməsi və onların həlli yollarının tapılması mənim işimin əsas istiqamətlərindən biri olacaq”, – Giorgi Doxturişvili bildirib.
Maraqlıdır ki, analoji formatda görüşlər rayonun bələdiyyələrində də keçiriləcək – bələdiyyə sədrləri yerli sakinlərin ehtiyaclarını şəxsən dinləyəcəklər.
Kvemo Kartli üzrə Dövlət Nümayəndəliyinin Administrasiyası:
Əlaqədar şəxs: Ruska Qonjilaşvili – 593 76 20 56
E-poçt: g.dokhturishvili@kvemokartli.gov.ge