Yerli əhalinin istəyi ilə Kvemo Bolnisi kəndində mərasim evinin inşasına başlandı və yaxın vaxtlarda başa çatacaq.
Layihə tamamilə yerli büdcədən maliyyələşdirilir, dəyəri 398 526 lari təşkil edir.
Bolnisi Bələdiyyəsinin Meri Davit Şerazadişvili, Məkan Planlaşdırma və İnfrastruktur Xidmətinin rəhbəri Konstantine Kordzadze ilə birlikdə infrastruktur layihəsinin prosesi ilə tanış oldu.
Xatırladaq ki, bu il Kvemo Bolnisidə mərasim evi tikməklə yanaşı 1500 metr məsafəyə beton yol çəkilməsi də həyata keçrilir.