Dərmanlar ölkəyə Almaniya və ABŞ hökumətləri tərəfindən gətirilib. Hər iki dərman ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiq edilmişdir.
Koronavirusa qarşı monoklonal anticisimlər COVID-19-un müalicəsində ən perspektivli yanaşmalardan biri hesab olunur. Bu gün Səhiyyə Nazirliyində keçirilən Klinik Şuranın iclasında dərmanlardan istifadənin alqoritmi müzakirə olunub.
“İki fərqli dərman mövcuddur, biri xəstəxanaya yerləşdirilən xəstələr üçün Kasirivimav / Imdevimabdır. Bu dərman Covidin idarə olunması ilə məşğul olan klinikalar tərəfindən qəbul ediləcək. İstifadəyə dair təfərrüatlı təlimatlar, əsasən, digər xəstələrlə müqayisədə ağırlaşma riskinin yüksək olacağı proqnozlaşdırılan xəstələrə, məsələn, 65 yaşdan yuxarı şəxslərə, həmçinin əlavə xəstəlikləri, şəkərli diabet, piylənmə, hipertoniya və ya hər hansı digər əlavə xəstəlikləri olan, eləcə də onların xəstəxanaya yerləşdirilərkən vəziyyəti diqqət çəkən insanlara verilir. Həmçinin ikinci qrup – Bamlanivimab / Etesevimab nisbətən yüngül xəstələr üçün göstərilir, xəstəliyin erkən mərhələlərində, əsasən kilinik oteldə və ya evdə müalicəyə ehtiyacı olan xəstə olacaq. Ailə həkimləri yaşa və ya əlavə xəstəliklərə görə ağırlaşma riski yüksək olan şəxsləri müəyyən edəcək və sonra bu xəstələrə monoklonları xəstəliyin ağır mənzərəsi olan zaman yox, ilkin mərhələdə tətbiq edəcək”, – deyə Səhiyyə nazirinin birinci müavini Tamar Qabunia bildirib.
Kasivirimab / İmdevimab Almaniya hökuməti tərəfindən Gürcüstana köçürülüb. Tamar Qabunianın sözlərinə görə, elmi araşdırmalar göstərib ki, dərman yüngül və orta ağırlıqda olan xəstələrdə, proqnozlaşdırıla bilən ağırlaşma riski olduqda kifayət qədər effektivdir və bu, ondan qaçmağa kömək edir. Bu dərman ölümün azaldılmasında və xəstəxanada qalma müddətinin qısaldılmasında vacibdir.
Xəstəliyin ilkin mərhələlərində ABŞ-dan gətirilən Bamlanivimab/Etesimimab risk qruplarında istifadə oluna və xəstəxanaya yerləşdirilə bilər, ağır xəstəliyin qarşısını alır və ölüm hallarını azaldır.