Gürcüstanın Polşadakı səfirliyi Polşa Respublikasında yaşayan Gürcüstan vətəndaşlarının diqqətinə məlumat yayıb. Məlumata görə, cari ilin dekabrın 15-dən Polşa Respublikası sərhəddən keçid qaydalarını sərtləşdirəcək. “Bildirmək istəyirik ki, müvafiq normativ akt hələ təsdiq olunmayıb. Sərəncam layihəsi 31 yanvar 2022-ci il tarixinədək aşağıdakı məhdudiyyətləri nəzərdə tutur: Şengen zonasına daxil olmayan ölkələrdən gələn bütün sərnişinlərdən sərhədi keçməzdən əvvəl (ingilis və ya polyak dilində) sərhəd mühafizəsinə antigen və ya PCR testi təqdim etmələri tələb olunacaq. Nəzərə alın ki, testin 24 saatlıq etibarlılıq müddəti test cavabı alındıqdan sonra hesablanır. Polşa hökumətinin fərmanı rəsmi dərc edildikdən sonra müvafiq məlumat saytımızda yerləşdiriləcək”, – Gürcüstanın Polşadakı səfirliyinin yaydığı məlumatda deyilir.
Gürcüstanın Polşadakı səfirliyi Polşada yaşayan Gürcüstan vətəndaşlarına məlumat yayıb
Şərh0
görünüşü282
Əvvəlki məqalə
Növbəti məqalə
əlaqəli məqalələr