Bolnisi Bələdiyyəsində əhali ilə görüşlər yenidən başlayıb. Bələdiyyənin meri Davit Şerazadişvili Ərazi Planlaşdırma və İnfrastruktur Xidmətinin rəhbəri Konstantin Kordzadze ilə birlikdə Geta kəndinin əhalisi ilə görüşüb.
Yığıncaqda bələdiyyə rəhbərləri kəndin ehtiyaclarını müzakirə ediblər. Əhalinin qərarına əsasən, yerli özünüidarəetmə mərasimlər evinin abadlaşdırılmasını və mini stadionun dizaynını həyata keçirəcək.
“Yerli özünüidarəetmə orqanlarının nümayəndələri əhalimizlə fəal ünsiyyətdədirlər. Bu dəfə Geta kəndinin sakinləri ilə görüşüb kəndin üzləşdiyi problemləri müzakirə etdik. Əhalinin xahişi ilə kənddə məradim evini abadlaşdıracağıq, mini stadionun layihəsini həyata keçirəcəyik. Təbii ki, biz bu infrastruktur işləri ilə məhdudlaşmayacağıq və yenə də kənd əhalisinə bir sıra layihələr təklif edəcəyik. Vətəndaşlarla görüşlər fəal şəkildə davam edəcək və biz yerli sakinlərlə birlikdə kəndlərimizdəki problemləri həll edəcəyik”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.