Bolnisili şagirdləri üçün “Etalon” Gürcüstan Milli İntellekt Çempionatı distant rejimdə davam edir. İntellektual yarışda Bolnisi Bələdiyyəsinin istənilən məktəbinin 8, 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.
Müsabiqə tam distant rejimdə keçiriləcək və şagird müvafiq qeydiyyatdan keçdikdən sonra test imtahanı üçün ayrılmış vaxt ərzində istənilən yerdən, rahat texniki cihaz (telefon, planşet, noutbuk, kompüter) vasitəsilə imtahan verə bilər.
Bolnisi Bələdiyyəsinin məktəbliləri üçün xüsusi test portalı noyabrın 12-də saat 10:00-dan 16:00-a kimi sınaq imtahanı üçün açıq olacaq. İntellekt çempionatında iştirak edən bütün Bolnisili şagirdlər “Etalon”un xüsusi onlayn diplomu ilə təltif olunacaqlar.
Müsabiqənin birinci mərhələsinin iştirakçılarının nəticələrinə əsasən müsabiqənin ikinci mərhələsinə keçən ən yüksək bal toplayan şagirdlər seçiləcək, onlar daha sonra “Bolnisi Etalon şagirdi” adı uğrunda mübarizə aparacaqlar. İntellektual yarış Bolnisi Bələdiyyəsinin dəstəyi ilə keçirilir.
“Etalon” Gürcüstan Milli İntellekt Çempionatının distant formatında keçirilməsində məqsəd şagirdlər arasında qeyri-formal təhsili, motivasiya-həvəsləndirməyi təbliğ etmək və bu məqsədlə müasir texnologiyalardan istifadə bacarıqlarını formalaşdırmaqdır.
İntellekt çempionatında iştirak etmək istəyənlər məktəb rəhbərliyi, tədris resurs mərkəzi ilə əlaqə saxlaya, bizə Facebook-da yaza və ya əlavə məlumat üçün 577 36 99 45 nömrəsinə zəng edə bilərlər.