Bazar, Aprel 14, 2024
spot_img

Davit Şerazadişvili Almaniya Federativ Respublikası parlamentinin üzvlərini qəbul edib

Almaniya Federativ Respublikası Parlamentinin Mədəniyyət və Media Komitəsinin nümayəndələri Gürcüstanda işgüzar səfərdədir. Almaniya parlamentinin üzvləri Bolnisi bələdiyyəsində də qonaq olublar. Almaniya Federativ Respublikasının Gürcüstandakı səlahiyyətli səfirinin müavini Tania Hut nümayəndə heyətinin üzvləri ilə birlikdə Bolnisidə olmuşdur. Səfər çərçivəsində alman parlamentarilər Bolnisi bələdiyyəsinin meri və merinin birinci müavini ilə birlikdə Bolnisi şəhərində alman mədəni irsi abidələrini ziyarət ediblər. Cənubi Qafqazda Alman Mədəni İrsinin Mühafizəsi İttifaqının üzvü, memar Nestan Tataraşvili Bolnisi şərabçılığına dəstək proqramı çərçivəsində “Aremji” tərəfindən alınmış gürcü-alman şərab evinin bərpa işləri və Alman memarlığı nümunələri ilə tanış olub. Parlamentarilər köhnə, bərpa olunmuş alman binasında yerləşən “Bolnis Mədəniyyət Mərkəzində” yepiskop Barai və Yevangelist-Lüteran kilsəsinin yerli üzvləri ilə də görüş keçiriblər. “Mən şadam ki, bu gün biz Şvabların yaratdığı şəhərdə, keçmiş Katarinafelddə Bundestaqın Mədəniyyət və Media Komitəsinin nümayəndələrini qəbul etdik. Almaniya Federativ Respublikası Avroatlantik məkana inteqrasiya prosesində bizim sadiq dostumuz və dəstəkçimizdir və hesab edirəm ki, bu səfər bu dəstəyin əyani sübutudur. Bolnisi şəhərində alman memarlığının bir çox nadir nümunələri yaşayıb, biz bu mədəni irsə qayğı ilə yanaşmağa çalışırıq, lakin bu prosesdə Almaniyanın dəstəyi də çox vacibdir. Ümid edirəm ki, alman parlamentarilərin səfəri iki ölkənin, Gürcüstan və Almaniyanın yaxınlaşmasına daha da töhfə verəcək”, – deyə Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

მსგავსი სტატიები
- Advertisment -spot_img

ყველაზე პოპულარული

ბოლო კომენტარები