Cümə axşamı, İyun 19, 2025
spot_img
HomecəmiyyətBələdiyyə sədrinin 2023-cü il hesabatı

Bələdiyyə sədrinin 2023-cü il hesabatı

Son bir neçə ildir ki, Bolnisi bələdiyyəsinin birinci şəxsi sakinlərə ötən ildəki fəaliyyətindən danışır. Ənənə bu dəfə də pozulmayıb və bu gün bələdiyyənin meri Davit Şerazadişvili 2023-cü ilə yekunlaşdırıb. Şəhər meriyasının konfrans zalında merin hesabat məruzəsində bələdiyyə şurasının sədri Tamaz Jorjoliani, RMG şirkətinin nümayəndələri, Bolna arxiyepiskopu Efrayim, müxtəlif sahələrin, qeyri-hökumət sektorunun nümayəndələri və Bolnisinin fəxri vətəndaşları iştirak ediblər. Bütün il ərzində görülən işlərdən bəhs edən hesabatda bələdiyyə sədri əsas diqqəti infrastruktur obyektlərinə və sosial proqramlara yönəldib. Eyni zamanda iri ekranda bələdiyyə sədrinin hesabatını əks etdirən video və foto kollaj nümayiş etdirilib. İlin yekun iclası sual-cavab rejimində davam edib. Davit Şerazadişvili, Bolnisi Bələdiyyəsinin meri: – Bu gün Bolnisi Bələdiyyəsinin sakinlərinə, qeyri-hökumət təşkilatlarına, Bolnisi Bələdiyyəsinin fəxri vətəndaşlarına, KİV nümayəndələrinə və ictimaiyyətə Bolnisi Bələdiyyəsinin 2023-cü ildə gördüyü işlər barədə ətraflı məlumat verdim. Ötən il bələdiyyəmiz üçün bütün istiqamətlər üzrə məhsuldar olmuşdur. 2023-cü ildə Bolnisi bələdiyyəsi daxilində 12.792.389 lari dəyərində 132 infrastruktur layihəsi həyata keçirdik. 2023-cü ildə biz sosial və səhiyyə proqramları üçün ümumilikdə 4 015 241 lari xərcləmişik və 5 488 benefisiara yardım etmişik. Ümid edirəm ki, 2024-cü il Bolnisə çoxlu uğurlar gətirəcək. Biz vətəndaşların və bələdiyyənin rifahı naminə fəaliyyətimizi fəal şəkildə – davam etdirəcəyik.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər