Bu gündən məcburi maska taxmaq ləğv ediləcək, – Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib. Baş nazirin qeyd etdiyi kimi, bundan sonra yalnız tibb müəssisələrində və ictimai nəqliyyatda maskadan istifadə məcburi olacaq. “Bizim müzakirəmiz oldu, cənab Zurab Azaraşvili səhiyyə mütəxəssisləri, sahə nümayəndələri ilə görüşüb və qərara alınıb ki, bundan sonra maskadan məcburi istifadə yalnız tibb müəssisələrində və ictimai nəqliyyatda qalacaq. Belə ki, bu gündən, yəni mayın 2-dən qalan digər qaydalar da qaldırılacaq. Çox sabit mənzərəmiz var. Bu gün bizdə cəmi 51 hadisə olub və bununla bağlı vəziyyət sakitdir. Bu, bizə qaydaları daha da sadələşdirməyə imkan verir və bundan sonra məktəblərdə də daxil olmaqla, maskanın məcburi taxılması ləğv ediləcək, çünki xüsusilə də uşaqlar kədərlənirlər yalnız uşaqlar deyil. Əlbəttə, biz dinamikanı müşahidə edəcəyik və ona uyğun hərəkət edəcəyik”, – İrakli Qaribaşvili bildirib.